Lamborghini Huracán LP 610-4 t
hjj

18-ci bölümü ilə ekrana vida
edir
“Star” TV-də yayımlanan
“Çocuk” serialı final etməyə
hazırlaşır.
Axşam.az xəbər verir ki, ekran
işi 18-ci bölümü ilə
izləyicilərlə vidalaşacaq.
Baş rollarında İsmail Hacıoğlu,
Nazan Kesal, Merve Çağıran və
Ceyda Ateşin kimi aktyorların
oynadığı serialın hansı
səbəbdən erkən bitməsi isə
məlum deyil.


tgyu

Azərbaycanda azyaşlıya
təcavüz edən şəxs məhkəmə
qarşısında
Şəki Ağır Cinayətlər
Məhkəməsində azyaşlı oğlana
qarşı seksual xarakterli
hərəkət etməkdə
təqsirləndirilən A.M.-nin
cinayət işi üzrə məhkəmə
iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim
Nahid Mirzəyevin sədrliyi ilə
keçirilən prosesdə
təqsirləndirilən şəxsin anket
məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası
fevralın 3-nə təyin edilib.
İttihama görə, A.M. azyaşlı
oğlana qarşı seksual
xarakterli hərəkətlər edib.
Uşağın valideynləri hadisədən
xəbər tutub. Şikayət əsasında
o, saxlanılıb.
A.M-nin barəsində Cinayət
Məcəlləsinin 150.3.3-cü
(seksual xarakterli zorakılıq
hərəkətləri, təqsirkar şəxs
üçün aşkar surətdə on dörd
yaşına çatmayan şəxs
barəsində törədildikdə)
maddəsi ilə ittiham irəli
sürülüb.
Xatırladaq ki, A.M.-nin cinayət
əməli sübuta yetirilərsə, onu
səkkiz ildən 15 il müddətinə
azadlıqdan məhrumetmə
cəzası gözləyir.


ssft

Azərbaycanda dəhşətli virusa
yoluxma halı var? - RƏSMİ
Azərbaycanda koronovirusa
yoluxma faktı qeydə
alınmayıb.
Bu barədə Report-un
sorğusuna cavab olaraq
Səhiyyə Nazirliyindən
bildirilib.
Azərbaycanın baş infeksionisti
Cəlal İsayev isə açıqlamasında
deyib ki, bu viruslar dünyada
geniş yayılıb.
O qeyd edib ki, bütün
ölkələrdə müşahidə olunan
kəskin respirator virus
infeksiyalarının 4-9%-ə
qədəri məhz koronoviruslar
tərəfindən törədilir:
“Çində aşkar olunan yeni virus
növü ağır gedişi ilə seçilir. Bu
virusdan ölüm faizi 35-ə
bərabərdir”.
Mütəxəssis vurğulayıb ki, virus
iki yolla yoluxur:
“Birincisi qidadan, ikinci isə
hava damcı yolu ilə keçir.
Qidadan yoluxma zamanı
əsasən, mədə-bağırsaq
problemləri özünü büruzə
verir. Tənəffüs yolları ilə
yoluxanda bu ağciyərlərin
zədələnməsi ilə fəsadlaşa
bilər. Bu zaman ağciyərlər
sıradan çıxır və kəskin ağciyər
çatışmazlığından insan tələf
olur”.
C.İsayev virusun Azərbaycana
keçmək ehtimalının yüksək
olduğuna diqqət çəkərək
deyib ki, ölkədən Çinə xeyli
gediş-gəliş var:
“Vətəndaşlarımıza məsləhət
görərdik ki, Çinə gedərkən
xəstəliyin yayıldığı bölgələrdə
olmasınlar və zöhkəm əlaməti
olan insanlarla təmasdan
çəkinsinlər. Çünki bu vuris sıx
təmas olan zaman yoluxur.
Təmas olmasa və maska
taxılsa yoluxma ehtimalı qat-
qat aşağı düşür”.
Baş infeksionist əlavə edib ki,
virus xarici təsirlərə
dözümsüzdür:
“Belə ki, bu virusa yoluxan
insanlar 37 dərəcə
temperaturda 15 dəqiqəyə
tələf olurlarsa, 56 dərəcədə
ani olaraq ölürlər. Yoluxma
halında insan müxtəlif
məhlullara həssas
olduğundan tezlikcə tələf ola
bilir. Bu qaydalara əməl
olunsa yoluxma ehtimalı
azalar. Virusa yoluxma ciddi
gedişə malik olduğundan
ölkədə yoluxma faktı qeydə
alınsa isi dərhal məlumatlı
olardıq. Bu gün üçün
Azərbaycanda belə hal
yoxdur”.
Qeyd edək ki, Çində yeni tipli
koronavirusa yoluxanların
sayı 291 nəfərə çatıb. Son 24
saat ərzində ölkənin orta
bölgəsindəki Hubei
əyalətində, habelə paytaxt
Pekində və Şanqhaidə 77
yoluxma halı qeydə alınıb.
Daha doqquz bölgədə
koronavirus şübhəsi ilə 27
xəstə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı
yanvarın 22-də koronavirusla
bağlı Fövqəladə Hallar üzrə
Komitənin toplantısını çağırıb.
Məqsəd Ghebreyesus yeni
koronavirus alovlanmasının
ictimai səhiyyə sahəsində
beynəlxalq əhəmiyyət kəsb
edən fövqəladə vəziyyət
yaradan bir hadisə olub-
olmadığını müəyyənləşdirmək
və onun idarə oluması ilə
bağlı müvafiq tövsiyələrin
hazırlanmasıdır.


ffhh

Təsadüfən sinəsinə
toxunduğu qadına aşiq oldu
Hava limanında işləyən
"TifuthrowawayTSA4" ləqəbli
"Reddit" istifadəçisinin səhvi
ona həyatının sevgisini
"hədiyyə edib".
BiG.AZ-ın lenta.ru-ya
istinadən verdiyi xəbərə görə,
qalın köynək, geniş cins şalvar
geyinən qısa saç qız
skanerdən keçərkən, cihaz
onun sinəsində təhlükəli
əşyaların ola biləcəyini
göstərib.
"Tifu" "şübhəli şəxs"in
yeniyetmə oğlan olduğunu
düşünüb və təhlükəli əşyanın
axtarışında əlini onun
sinəsinə vurub.
Elə bu anda səhv etdiyini
anlayaraq, üzr istəyib və
yoxlanış üçün qadın işçini
çağırıb.
Sərnişinin şikayət
edəcəyindən və töhmət
alacağından qorxsa da, oğlan
canını yaxşı qurtarıb.
Növbəsi bitdikdən sonra işçi,
qızın hələ də hava limanında
olduğunu, uçuşunun isə
səhərə qədər təxirə
salındığını görüb. O, bir daha
üzr istəyərək onu şam
yeməyinə dəvət edib. Qız
razılıq verib və cütlük bir neçə
saat söhbət edib.
Daha sonra qız oğlana
səfərdən qayıtdıqdan sonra
yenidən görüşməyi təklif
edib.
Oğlanın sözlərinə görə, bu
yaxınlarda onlr tanışlıqlarının
bir ilini qeyd ediblər.


hofs

ÜST yeni koronavirus səbəbi
ilə təcili iclas çağırır
Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) baş
direktoru Tedros Adanom
Gebreisus Çində
koronavirusun yeni növünün
yayılması səbəbi ilə yanvarın
22-si fövqəladə vəziyyət üzrə
Komitənin təcili iclasını
keçirəcək.
BiG.AZ Trend-ə istinadən
bildirir ki, bu barədə ÜST-nın
rəsmi "Twitter" səhifəsində
bildirilir.
Məlumatda deyilir: "ÜST-nın
baş direktoru Tedros Adanom
Gebreisus yeni koronavirus
2019-nCoV ilə əlaqədar
beynəlxalq səhiyyə
standartlarına uyğun olaraq
fövqəladə vəziyyət üzrə
komissiyanın təcili iclasını
çağırır. Komitənin iclası
çərşənbə günü, yanvarın 22-si
keçiriləcək".
Komitə virusla mübarizə üçün
tövsiyələrin hazırlanması
üzərində də işləyəcək.


oei

"Hamama kişi salmısan"
deyərək qadını döydülər -
Azərbaycanda DƏHŞƏT
Yanvarın 12- si Lənkəran
şəhəri, Vidadi küçəsi, ev 315
ünvanında yaşayan 1986- cı il
təvəllüdlü Quliyeva Gülnarın
yaşadığı ünvana qonşusu
basqın edib. Hadisə
nəticəsində onu və oğlunu
döyüblər.
Sonxeber.az xəbər verir ki,
hadisə haqqında saytımıza
danışan şikayətçi Gülnar
xanım ayın 12- si, gecə saat 1
radələrində oğlunun
yuyunmaq üçün hamama
girdiyini və hadisənin elə
bunda sonra yaşandığını
bildirib:
" Oğlum yuyunmaq üçün
hamama girdi. İsti su gəlmədi.
Uşaq hamamdan suyun
gəlmədiyinə görə səsləndi. Su
qızdırıcı aşağıda, birinci
mərtəbədə yerləşdiyi üçün
mən həyətə düşüb qazın
gəlib-gəlməməsini yoxlamaq
istədim. Sonra qızımı çağırıb
açarı götürməyini və qaz
sayğacını açmaq üçün
mənimlə birgə küçəyə
çıxmasını dedim. Mən qapıya
yaxınlaşanda işıq da sondü.
Telefon mağazasında
işlədiyimə görə iş telefonu
əlimdəydi. İşığı yandırıb qaz
sayğacına yaxınlaşanda hasar
qonşumu gördüm. Yəni
Bəxtiyar və iki oğlu Hafiz və
Bəxtiyar küçədə idilər. Elə bu
vaxt onlar "hamama kişi
salmısan" deyərək üzərimə
hücum çəkdirlər".
Şikayətç bildirir ki, qonşuları
ona hücum edəndə oğlu
hamamdan sabunlu-sabunlu
çıxaraq köməyə gəlib. Bu
zaman ata və oğulları qadının
oğlunun başından sıxaraq,
əyib başına vurublar:
"Mənim də başıma, uzumə və
dodağıma yumruqla vurdular.
Bəxtiyarın həyat yoldaşı da
kənardan izləyirdi. Həmin
evdə kirayə qalıram, ev yiyəsi
Rusiyada yaşayır. Hucum
çəkilən zaman mən
"whatsapp" videozəngi ilə ev
sahibini görüntülü yığdım.
Həmin an Bəxtiyar zorla
telefonu əlimdən alıb öz
gödəkcəsində gizlətdi".
Şikayətçi hadisənin qəsdən
quraşdırılaraq törədildiyini
bildirib.
Qadının dediyinə görə
qonşuları bəhanə ilə ona "səs
gəlir bizi narahat edir,
hamama saldığın özgə kişidir"
deyərək şər atıb. Zərər çəkmiş
qadın hadisəni bəhanə kimi
dəyərləndirib. Qadın bəlkə də
qonşularının evin sahibi ilə və
yaxud da hansısa münaqişə
zəminində belə hərəkət
etiyini açıqlayıb:
"Qazı söndürdülər ki, mən
küçəyə çıxım, məni döysünlər.
Məni hətta evi yandırmaqla
hədələdilər. Uşaqların səs -
küy edən uşaqlar deyil.
Hamısı bəhanələrdir".
Polisə müraciət etdiyini deyən
zərərçəkən qadın, 1 ay
tamam olandan sonra işə
baxılacaqlarını bildirib.
Zərərçəkən qadın əlindən
alınan telefonda isə içərisində
böyük məbləğdə sənədlərin
olduğunu açıqlayıb.


iuda

Xərçəng xəstəsi olan məşhur
müğənni donuz qripinə
yoluxdu
Bir müddət öncə sinəsində
xərçəng aşkarlanan
Türkiyənin məşhur müğənnisi
Nilufər Yumlu təcili şəkildə
xəstəxanaya yerləşdirilib.
Sənətçinin sağlamlığında
ciddi problemlər üzə çıxıb.
Onun H1N1 virusuna (donuz
qripi) yoluxduğu məlum olub.
Yüksək hərarət və halsızlıq
əlamətlərindən şikayətçi olan
Nilüfət artıq bir həftədir ki,
İstanbuldakı özəl klinikaların
birində müalicə alır. Həkimlər
onun vəziyyətinin qənaətbəxş
olduğunu vurğulayıblar.


oyd

Prezident Davosda Nailə
Əsgərzadəyə müsahibə verib
Azərbaycan Prezidenti İlham
Əliyev İsveçrənin Davos
şəhərində "Rossiya 1"
telekanalının azərbaycanlı
jurnalisti Nailə Əsgərzadəyə
müsahibə verib.
BiG.AZ azvision.az-a istinadən
xəbər verir ki, bu barədə
jurnalist "İnstagram"
hesabında paylaşım edib.
"Ənənəvi olaraq Davos
forumunda işə Azərbaycan
Prezidenti İlham Əliyevlə
müsahibə ilə başlamışam. Efiri
izləyin",- deyə Əsgərzadə
yazıb.
Qeyd edək ki, bu gün Davos
Dünya İqtisadi Forumu işə
başlayır və yanvarın 24-dək
davam edəcək. Ötən gün
Azərbaycan Prezidenti İlham
Əliyev Dünya İqtisadi
Forumunun illik toplantısında
iştirak etmək üçün İsveçrə
Konfederasiyasına işgüzar
səfərə gedib.


uihdf

Azərbaycanda silahlı insident:
Avtomobilin qarşısını kəsib
atəş açdı - RƏSMİ
Mingəçevirdə baş verən silahlı
insidentlə bağlı cinayət işi
başlanıb.
Baş Prokurorluğun mətbuat
xidmətinin böyük prokuroru
Kənan Zeynalov BiG.AZ-nın
sorğusuna cavabında bildirib
ki, yanvarın 20-də 1995-ci il
təvəllüdlü Ziyad Mirzəyevin
odlu silahdan açılmış atəş
nəticəsində xəsarət alaraq
xəstəxanaya daxil olması
barədə daxil olmuş məlumat
əsasında dərhal polis və
prokurorluq əməkdaşlarının
iştirakı ilə hadisə yerinə baxış
keçirilib.
Aparılmış araşdırmalarla
1996-cı il təvəllüdlü Elsevər
Quliyevin yanvarın 20-i saat
18 radələrində Mingəçevir
şəhəri ərazisində magistral
yol ilə hərəkətdə olarkən
idarə etdiyi “Hyundai Sonata”
markalı avtomobillə “VAZ
2107” markalı avtomobilin
qarşısını kəsib avtomobildən
düşərək əlindəki odlu
silahdan atəş açaraq sərnişin
qismində gedən Ziyad
Mirzəyevə şəxsi münasibətlər
zəminində ağır dərəcəli
bədən xəsarətləri yetirməsinə
şübhələr üçün əsaslar
müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər
prokurorluğunda Cinayət
Məcəlləsinin 29, 120.1-ci
(qəsdən adam öldürməyə
cəhd) maddəsi ilə cinayət işi
başlanıb, müvafiq
ekspertizalar təyin olunub,
eləcə də əməliyyat tapşırıqları
və müvafiq sorğular verilib.
Həyata keçirilmiş
təxirəsalınmaz istintaq-
əməliyyat tədbirləri
nəticəsində E.Quliyev şübhəli
şəxs qismində tutularaq
müdafiəçi ilə təmin edilməklə
dindirilib.
Hazırda iş üzrə zəruri istintaq
tədbirləri davam etdirilir.


hkou

"Quran"dakı bu adları
uşaqlara qoymaq olmaz
Müsəlman şərqində dini
adların uşaqlara verilməsi çox
geniş yayılıb. Bu həm
müqəddəs şəxslərə ehtiram
hesab olunur, həm də belə
düşünülür ki, bu cür adların
daşıyıcıları həmin adların
sahiblərinin himayəsində
olacaqlar.
BiG.AZ publik.az-a istinadən
xəbər verir ki, bəzi inanclı
insanlar yeni doğulan uşaqlar
üçün "Quran” açdırır, orada
qarşısına ilk çıxan sözü və ya
adı seçirlər. Bəs, "Quran”da
qeyd olunmuş bütün adları
uşaqlara qoymaq olarmı?!
Əvvəla onu qeyd edək ki,
insana qoyulan ad həm bu
dünyada, həm də axirətdə
keçərlidir. Məhəmməd
Peyğəmbər (s.ə.v.) gözəl adlar
qoymağın önəmini belə izah
edib:
"Siz qiyamət günündə
özünüzün və ata-ananızın
adları ilə çağırılacaqsınız. Ona
görə də övladlarınıza gözəl
adlar qoyun”.
Ona görə də sadəcə bu ad
"Quran"da mövcuddur, deyə
uşaqlara verilməməlidir.
Əvvəlcə o adların mənası
araşdırılmalı, uyğun olub-
olmadığına qərar verilməlidir.
Məsələn, "Quran”da mövcud
olan və hazırda şərqdə çox
yayılmış Sənəm adı "büt”
deməkdir. Türkiyədə populyar
ad olan Aleyna adı "bəla,
sıxıntı” mənasındadır. Daha
bir türk adı Kəzban "yalançı”
anlamına gəlir. Yəni qız
övladına Kəzban adı qoyan
valideyn onun hər iki
dünyada daim "Yalançı” deyə
çağırılmasına imkan yaradır.
Bizdə bu ad Tükəzban olaraq
qoyulur. "Quran”da bu söz
belədir: Tükəzziban - mənası
"siz yalan danışırsız,
yalançısız”.
Harun adı - harın
sözündəndir. Rümeysa isə
gözü xəstə, zəif olan
deməkdir.


gjkhd

Türkiyəli məşhur müğənni
haqqında cinayət işi açıldı
Türkiyəli gənc müğənni
Aleyna Tilki haqqında cinayət
işi açılıb.
Hurriyyet.com xəbər verir ki,
bir müddət öncə Romaya
gedən müğənni İstanbul hava
limanında sərnişin və
təhlükəsizlik işçisi ilə
dalaşaraq onlardan şikayətçi
olub.
Amma buna rəğmən qarşı
tərəflərin şikayəti əsasında
müğənni haqqında
Qaziosmanpaşa Baş
Prokurorluğu tərəfindən
təhqir və təhdid maddələri
cinayət işi açılıb.
Bu səbəbdən Aleyna
şikayətçilərlə anlaşmaq
istədiyini bildirib.


gui

Bu qadınlara viza verilməsi
qaydaları sərtləşdirildi
Ağ ev ABŞ-a övlad dünyaya
gətirmək və avtomatik
Amerika vətəndaşlığı almaq
məqsədilə gələn əcnəbi
qadınlar üçün viza verilməsi
qaydalarını sərtləşdirmək
niyyətindədir.
Ölkə Prezidenti Donald Tramp
doğum hüququ əsasında
vətəndaşlıq verilməsini
nəzərdə tutan ABŞ
Konstitusiyasına 14-cü
düzəlişi “açıq-aşkar gülməli”
adlandırıb.
Qeyd olunur ki, təklif olunan
dəyişikliklər ölkəyə
qısamüddətli turizm və
işgüzar məqsədlərlə gəlmək
istəyənlər üçün verilən B tipli
vizalara tətbiq oluna bilər.
Dövlət Departamentinin
əməkdaşları ABŞ-a övladı
üçün vətəndaşlığa nail olmaq
məqsədilə gələnlərə viza
verilməsindən imtina edə
bilər.
ABŞ İmmiqrasiya
Araşdırmaları Mərkəzinin
statistikasına əsasən, hər il bu
ölkənin ərazisində təxminən
33 min əcnəbi uşaq doğulur.
(trend)


uyyu

Daha bir BİABIRÇI HADİSƏ: 13
yaşlı qız 10 yaşlı oğlandan
hamilə qaldı - FOTO
Rusiyanın Sibir bölgəsində
yerləşən Krasnoyarsk
şəhərində biabırçı hadisə baş
verib: 13 yaşlı qız 10 yaşlı
oğlandan hamilə qalıb.
MAY.AZ-ın superhaber.tv-yə
istinadən verdiyi xəbərə görə,
bu barədə polisə qızın hamilə
olduğunu təsdiqləhən
həkimlər xəbər verib.
Fərqli məktəblərdə oxuyan
uşaqlar 5-6 ildir ki, bir-birini
tanıyır. Qızın ailəsi vəziyyətlə
barışıb və uşağı abort
etdirməmək qərarına gəlib.
Oxuduğu məktəbdən də lazım
olan dəstəyin göstəriləcəyi
bildirilib.
Araşdırma nəticəsində məlum
olub ki, uşaqlar sosial
şəbəkədə bir-biriylə "evli"
olduğunu qeyd ediblər.


gggg
Nərminin atası Bakıda ev
istəmələrindən DANIŞDI -
Jurnalistlərin uydurmasıdır
Tovuzda yandırılaraq
öldürülən 10 yaşlı Nərmin
Quliyevanın atası Şərif Quliyev
həyat yoldaşının Prezident
İlham Əliyev və Birinci Vitse-
prezident Mehriban
Əliyevadan Bakı şəhərində ev
istəməsi məsələsinə aydınlıq
gətirib.
“Ölkə.Az”-ın əməkdaşı ilə
söhbətində o, bunun
jurnalistlərin uydurması
olduğunu bildirib.
“Belə bir məsələ yoxdur. Biz
heç yerə ev üçün müraciət
etməmişik. Bu, bəzi
jurnalistlərin uydurub yazdığı
xəbərdir”,- deyə Ş.Quliyev
bildirib.
Əməkdaşımızın “Gələcəkdə
belə bir müraciət etmək
fikriniz var?”,-sualına o, belə
cavab verib:
“Hələ ki belə bir fikrimiz
yoxdur”.
Daha sonra o, Bakıda ev olsa
belə paytaxta köçmək
fikirlərinin olmadığını da
bildirib.
Qeyd edək ki, bir neçə gün
öncə Nərminin anası Aynurə
İsmayılovanın News24.az
saytına videomüsahibəsində
Prezident İlham Əliyev və
Birinci Vitse-prezident
Mehriban Əliyevaya Bakıda
mənzil üçün müraciət etməsi
böyük rezonansa səbəb olub.

gggg
ggg
Aysel Əlizadədən Elza
Seyidcahana: "Şer deməyi,
heyvanların dilini mənə siz
öyrətdiniz..."
Müğənni Aysel Əlizadə şəxsi
instaqram hesabında maraqlı
paylaşımı ilə diqqət çəkib.
Sonxeber.az bildirir ki, gənc
müğənni bəstəkar müğənni
Elza Seyidcahanın pərəstişkarı
olduğunu gizləməyib. Belə ki,
o, xanım sənətçidən bir çox
şeyləri öyrəndiyini bildirib:
"Pərəstişkarı olduğum
ulduzum, mahnı oxumağı, şer
deməyi, hətta heyvanların
dilini belə siz mənə
öyrətdiniz. Siz olmasaydınız
mən də olmazdım".

fffg
QMİ 20 Yanvar faciəsinin 30-
cu ildönümü münasibətilə
bəyanat yadı
Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) 20 Yanvar faciəsinin 30-
cu ildönümü münasibətilə
bəyanat yayıb.
BiG.AZ xəbər verir ki,
bəyanatda deyilir:
"Bismillahir-Rəhmanir-Rəhim!
Azərbaycan xalqına qarşı
dəhşətli cinayət - tarixi
yaddaşımıza dərin hüzn, eyni
zamanda, milli qürur və
qəhrəmanlıq məktəbi kimi
həkk olunmuş Qanlı yanvar
faciəsinin 30-cu ildönümü
ərəfəsindəyik. 1990-cı ilin 19
yanvarından 20-nə keçən
gecə Sovet Ordusunun
Azərbaycan xalqına qarşı
həyata keçirdiyi hərbi təcavüz
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biri kimi
tarixdə qalacaq.
Xalqımızın qan yaddaşında
əbədi yaşayacaq 20 Yanvar
günü bütün faciəsinə rəgmən
xalqımızın milli müstəqillik,
azadlıq uğrunda şəhidliyə
hazırlıq ruhunun və yenilməz
iradəsinin rəmzinə çevrildi. 20
Yanvar Azərbaycan xalqını
müstəqilliyə, milli-mənəvi və
dini dəyərlərin bərpasına
aparan yolun ilk mübarizəsi
və ilk mənəvi qələbəsi oldu.
Təpədən dırnağadək
silahlanmış ordunun cəza
tədbirlərinə məruz qalan
xalqımız diz çökmədi, azadlıq
əzmini itirmədi, əksinə, haqq
səsini daha da yüksəkdən
bəyan etdi. Azərbaycanın
taleyi, hətta dövləti varlığı
şübhə altında olduğu bir
vaxtda bu səsi ilk olaraq
Moskvadan xalqımızın mərd
oğlu, müdrik dövlət xadimi
Heydər Əliyev ucaltdı, siyasi
yolunun davamçısı İlham
Əliyevlə birlikdə Azərbaycanın
Moskvadakı daimi
nümayəndəliyinə gələrək
doğma xalqı ilə həmrəy
olduğunu nümayiş etdirdi.
SSRİ rəhbərliyinin törətdiyi bu
qanlı əməliyyata kəskin
etirazını bildirən, qanlı
cinayətin təşkilatçılarını sərt
ittiham edən, törədilmiş
hadisəni hüquqa,
demokratiyaya, humanizmə
zidd təxribat kimi
səciyyələndirən Heydər Əliyev
bu addımı ilə ümummilli lider
olaraq Azərbaycanın hələ
elan olunmamış
müstəqilliyinin ilk tarixi
səhifəsini yazdı. Şəhidlərin
layiq olduqları status da məhz
Heydər Əliyevin hakimiyyətə
yenidən qayıdışı dönəmində
rəsmiləşdi və 20 Yanvar
hadisələri Azərbaycan Milli
Məclisində siyasi qiymət
alaraq SSRİ dövlətinin
Azərbaycan xalqına qarşı
törətdiyi hərbi təcavüz aktı
kimi qiymətləndirildi.
Həmin faciə günlərində
Bakıdan səsini ucaldan
Şeyxülislam Allahşükür
Paşazadə sovet rejiminin ciddi
təzyiq, təhdid və
məhdudiyyətlərinə
baxmayaraq, keçmiş SSRİ
Prezidenti Mixail Qorbaçova
göndərdiyi qəzəb, ittiham
dolu etiraz məktubunda
hadisələrə sərt və prinsipial
münasibətini bildirdi. Siyasi
liderimizin və dini
rəhbərimizin kəskin mövqeləri
xalqı ruhlandırdı, səfərbər
edərək birləşdirdi. Milyonlarla
insan təqiblərdən, hətta
ölümdən belə qorxmayaraq
şəhərin baş meydanına axışdı,
azadlıq ugrunda qurban
getmiş şəhidləri müqəddəs
Vətən torpağına tapşırdı.
Azərbaycanın müstəqilliyi,
milli dövlətçiliyi, ərazi
bütövlüyü uğrunda şəhid
olmuşlar sırasında müxtəlif
din və millətlərə mənsub
vətəndaşlarımız var idi və
şəhidlərin dəfn mərasimində
müxtəlif dini konfessiyaların
başçıları hamı ilə birgə idilər.
Beləliklə, qanlı 20 Yanvar
faciəsi müstəqil Azərbaycan
dövlətinin tarixinə xalqımızın
şərəf və qəhrəmanlıq səhifəsi,
milli birlik, həmrəylik örnəyi
olaraq həkk olundu.
Qafqaz Müsəlmanları İdarəsi
qanlı hadisələrin ilk
günündən var qüvvəsi ilə
çalışdı ki, Qarabağ
münaqişəsinin davamı olan
20 Yanvar faciəsini dünya
ictimaiyyətinə, nüfuzlu
beynəlxalq təşkilatlara
çatdırsın, haqq işimizə dəstək
qazansın, törədilən cinayət
insaniyyətə qarşı yönəldilən
amansız cinayət tədbiri kimi
qiymətləndirilsin. Dünya
qəbul etməlidir ki, XX əsrdə
totalitarizmin törətdiyi ən
qanlı terror aktları, insanlığa
qarşı ağır cinayətlər sırasında
Azərbaycan xalqına qarşı
k&¨tləvi terror - Qarabağ
münaqişəsi, Xocalı soyqırımı,
20 Yanvar cinayəti də vardır.
Təəssüflər olsun ki, dünyada
problemlərə qərəzli, ikili
standartlar çərçivəsində
yanaşıldığından, bəzi ölkələr
və beynəlxalq təşkilatlar
susmağa üstünlük
verməkdədirlər.
Azərbaycan xalqının tam
mənəvi haqqı vardır ki, öz
qatillərini - Bakıda baş verən
qırğına şəxsən qol çəkmiş M.
Qorbaçovu və onun əlaltılarını
məhkəməyə cəlb etsin,
beynəlxalq qanunlar
zəminində canilərin
qəddarlığı, riyakarlığı,
vəhşiliyi, əsl niyyətləri dünya
ictimaiyyətinə tam şəkildə
açılsın. Açılmalıdır ki, o zaman
Azərbaycana qarşı əsassız
ittiham yürüdülmüş, baş
verənləri milli və dini
münaqişə kimi qələmə
verməyə cəhd edilmiş,
xalqımızın istibdada qarşı
mübarizəsi dünya
ictimaiyyətinə İslam
fundamentalizmi, ekstremizm
kimi təqdim edilmiş və nəticə
etibarilə, günahsız insanların
qanı tökülmüşdü. Yer üzündə
ədalətin təmini, Uca
Yaradanın xəlq etdiyi insan
həyatına qarşı təcavüzə son
qoyulmasının yolu günahsız
insan qırğınlarına beynəlxalq
müstəvidə hüquqi-siyasi və
mənəvi qiymət verilməsindən,
bu cinayətləri törədənlərin
cəzalandırılmasından keçir.
Azadlığın, müstəqilliyin yolu
agırdır və bu yolu qurban
vermədən keçmək mümkün
deyildir. Odur ki, 20 Yanvar
günü kədərə-qüssəyə batmaq
günü deyil, şəhidlərimizi
anmaq, xalqımıza, xüsusilə
gənclərimizə qəhrəmanlıq və
vətənpərvərlik ruhu təlqin
etmək günü olmalıdır.
Şəhidlik imanın,
vətənpərvərliyin, əqidə və
amal uğrunda mübarizənin
ən yüksək zirvəsidir. Qurani-
Kərimdə buyurulur: "Allah
yolunda öldürülənləri (şəhid
olanları) heç də ölü zənn
etmə! Xeyr, onlar öz Rəbbinin
yanında diri olub
ruzilənirlər..." (Ali-İmran,
169). Bu gün hər bir
azərbaycanlının boynunda
şəhid haqqı vardır. Şəhidlərin
ruhuna ən böyük töhfə
müstəqilliyimizin davamlılığı,
Qarabağ zəfəri,
dövlətçiliyimizin artan
qüdrəti, Vətənimizin tərəqqisi
və xalqımızın səadətidir. Biz
inanırıq ki, Allahın köməyi və
möhtərəm Prezidentimiz, Ali
Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə millətimiz öz ülvi
arzularına yetişəcək, doğma
torpaqlarımız işğaldan azad
olunacaq, Azərbaycanın hər
yerində qələbə şəninə
bayram namazları
qılınacaqdır, inşallah.
Qafqaz Müsəlmanları İdarəsi
bütün Qafqaz
müsəlmanlarının adından 20
Yanvar şəhidlərinin, eləcə də
Vətənimizin bütövlüyü və milli
müstəqilliyimiz ugrunda
canlarını fəda etmiş bütün
şəhid ailələrinə dərin hüznlə
başsağlığı verir. Bu ümummilli
hüzn, eyni zamanda,
xalqımızın birlik və vəhdətini
təcəssüm etdirən qürurlu
tarixin ildönümü gününü
yüksək səviyyədə qeyd etmək,
şəhidlərimizin əziz ruhlarını
anmaq bütün
vətəndaşlarımızın, o
cümlədən, dindarların Allah,
Vətən qarşısında müqəddəs
borcudur.
Qafqaz Müsəlmanları İdarəsi
20 Yanvar günü bütün
məscidlərimizdə bu bəyanatın
mətninin oxunmasını,
Qarabağ, 20 Yanvar
həqiqətləri barədə moizələr
edilməsini, əziz şəhidlərimizin
xatirəsini dualarla yad etməyi
vacib sayır.
Uca Allah şəhidlərimizə
rəhmət eləsin!"

ggg
tgg
ggg
Məşhur stilist-vizajist Adilə
Şərifova növbəti əl işi ilə hər
kəsi təəccübləndirdi -
FOTOLAR
Dəbli xanımların tək seçimi
olan stilist-vizajist Adilə
Şərifova növbəti əl işi ilə
görənləri təəccübləndirməyi
bacarıb.
BiG.AZ xəbər verir ki, həm
gəlin həm də xına obrazını
eyni anda canlandırmağı
bacaran stilist-vizajist Adilə
Şərifovanın növbəti çəkilişi
böyük izlənmə rekordu qırıb.
Qeyd edək ki, xüsusi günlərdə
görünüşü ilə diqqət cəlb
etmək xanımlar ürək rahatlığı
sehirli əllərə sahib olan stilist-
vizajist Adilə Şərifovaya
müraciət edə bilərlər.
Böyük izlənmə rekordu qıran
həmin görüntüləri
oxucularımıza təqdim edirik.
İNSTAGRAM:
Beautyworld_by_adel
Əlaqə: 055-500-92-96

ttt
Pensiyaların gecikdirilməsi ilə
bağlı yayılan xəbərlərə RƏSMİ
CAVAB
“Ötən gün 2020-ci ilin yanvar
ayı üzrə pensiyaların
ödənilməsinin Xəzinədarlıq
orqanları tərəfindən
gecikdirilməsi ilə bağlı yayılan
fikirlərin heç bir əsası yoxdur.
Bir qayda olaraq, Xəzinədarlıq
orqanları tərəfindən ilk
növbədə pensiya, müavinət,
təqaüd və digər bu tipli sosial
xərclərin
maliyyələşdirilməsinin icrası
tam və vaxtında təmin
olunur”.
BiG.AZ xəbər verir ki, bunu
"Report"un sorğusuna cavab
olaraq Maliyyə Nazirliyinin
mətbuat xidmətinin rəhbəri
Mais Piriyev bildirib.
O qeyd edib ki, cari ilin
yanvarın 10-da dövlət
büdcəsindən Əmək və
Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin Dövlət Sosial
Müdafiə Fonduna
pensiyaların
maliyyələşdirilməsi üçün
190,4 mln manat transfert
ayrılıb.
“Yanvarın 14-də isə Fondun
sifarişlərinə əsasən dövlət
büdcəsindən ayrılmış
transfert və ilin əvvəlinə
DSMF-nin qalıq vəsaiti
hesabına (98,6 mln manat)
Bakı, Sumqayıt şəhərləri və
Abşeron rayonu üzrə
pensiyaların ödənilməsi təmin
edilib.
Dünən, yanvarın 15-də isə
DSMF-nin respublikanın digər
şəhər və rayonları üzrə
şöbələrinin hesablarına 128,5
mln manat vəsait köçürülüb
və bu gün, gün ərzində
pensiyaçıların kart
hesablarına ödənilməsi tam
təmin ediləcəkdir.
Beləliklə, pensiyaların
maliyyələşdirilməsində heç
bir halda gecikmədən söhbət
gedə bilməz, əksinə,
respublikanın bütün şəhər və
rayonları üzrə pensiyaların
ödənişi ötən ilkindən 2 gün
daha tez olmaqla
maliyyələşdirilməsi həyata
keçirilib”, - nazirlik rəsmisi
bildirib.

 cv
Azərbaycanda 8 il əvvəl
dünyasını dəyişən şəxsə 516
manat su borcu yazıldı –
VİDEO
8 il bundan əvvəl dünyasını
dəyişmiş şəxsin adına 516
manat su pulu gəlib. Uzun
müddətdir Bakıda yaşayan
Şəki sakini Arzu Qasımova
evinə geri dönən zaman su
idarəsindən gələn bildirişi
görüb dəhşətə gəlib.
Mövzu ilə bağlı ARB TV-nin
“Günə Doğru” proqramında
süjet yayımlanıb.
Arzu Qasımova – Şikayət: “3
uşağım var, heç bir yerdə
işləmirəm, Bakıda kirayədə
yaşayıram. Şəkidən gəldim
gördüm ki, su kəsilib. Su
ümumiyyətlə yoxdur, suyu
çəkməyə də qoymurlar.
Gördüm ki, 516 manat su
borcu yazıblar. Həmin borcu
da vəfat etmiş şəxsin adına
yazıblar. Mən bu ölülərin
adına pul keçirməliyəm?
Ölülər axı su işlətməyiblər. Bu
nə dərəcədə düzgündür?”.
Əlyar Hüseynov – Qonşu:
“Onlar burda olmayıblar.
Bakıda yaşayıblar. Bu
məbləğdə su pulu yazıblar.
Halbuki evlərinə su gəlməyib.
Uzun müddətdir burda heç
kəs yaşamayıb”.
Günlərdir susuz qalan
şikayətçi bu borcu ödəmək
niyətində deyil. Şəki
“Sukanal” idarəsindən isə
bildiriblər ki, borc sistemə
oturub və ödəniş edilməsə
mənzilə su verilməyəcək.
Arzu Qasımova – Şikayət:
“Bakıdan gələn sənədlərlə də
bağlı getdik. Qeyd olundu ki,
bərpa olunacaq. Ancaq biz
yenə də susuzuq, yenə də
suyumuz yoxdur. Yalnız
deyirlər ki, icazə verilmir. Pul
ödənilməsə mümkün deyil.
Bəs onda biz nə işlədək?”.
Bu cür problemlər hələ
sayğaclaşdırılmamış, su
pulunun adambaşına
hesablandığı ərazilərdə
yaşanır. Mənzildə qeydiyyatda
olanların sayı dəyişdikdə,
abonent su idarəsinə
məlumat vermir, nəticədə ona
elavə borc yazılır. “Azərsu”
ASC-nin mətbuat katibi Anar
Cəbrayıllı bu kimi faktlarla
tez-tez rastlaşdıqlarını deyir.
Anar Cəbrayıllı - “Azərsu” ASC-
nin mətbuat xidmətinin
rəhbəri: “Ailə qurub köçənlər
olur və ya da ki, dünyasını
dəyişənlər olur. Belə halda
hökmən həmin vətəndaşlar
bizim yerli su kanal
idarələrinə ölüm haqqında
şəadətnamə ilə, nikah
haqqında şəadətnamə ilə və
ya uşaq əsgərə gedibsə, hərbi
komissarlıqdan arayışla
müraciət etməlidir ki, həmin
dövr üçün bu şəxslərə görə
hesabat aparılmasın”.
Şəki sakini Arzu Qasımovanın
məsələsinə gəldikdə,
Anar Cəbrayıllı - “Azərsu” ASC-
nin mətbuat xidmətinin
rəhbəri: “Arayışlar təqdim
olunsun. Ondan sonra
komissiyaya müraciət
olunacaq. Və komissiya
dünyasını dəyişmiş insanlara
görə hesablanmış məbləği
onun ümumi vəsaitindən
çıxacaq. Amma orda yaranmış
borcun hamısı silinməyəcək.
Çünki orda müəyyən müddət
var. Əgər vətəndaş nə vaxtdan
dünyasını dəyişibsə, o
vaxtdan hesablanır. Ona görə
də o borcun bir hissəsi orda
qalacaq və o borc mütləq
şəkildə ödənilməlidir”.
Bu cür problemlər
yaranmasın deyə, ölkədə
bütün abonentlərin sayğacla
təmin olunması tələb olunur.
Hazırda "Azərsu" ölkə üzrə
sayğaclaşmanı 84 faizə
çatdırıb.

ttt
Yunis Səfərovla bağlı yeni
XƏBƏR
Sabunçu rayon
Məhkəməsində Gəncə
şəhərinin icra başçısını
güllələməkdə ittiham olunan
Yunis Səfərovun və 11 nəfərin
cinayət işi üzrə məhkəmə
prosesi keçirilib.
BiG.AZ “virtualaz.org”a
istinadən xəbər verir ki,
prosesə hakim Natiq Əliyev
sədrlik edib.
Məhkəmədə vəkil Bəxtiyar
Hacıyev Yunis Səfərovun
müdafiəsinə qoşulub.
Bütün müttəhimlər və onların
vəkilləri işin şəffaf və obyektiv
araşdırılmasını təmin etmək
üçün iclasların audio və video
yazılarla aparılması barədə
vəsatət qaldırıblar.
“İstəyirik ki, proses şəffaf
olsun. Qoy ictimaiyyət hər
şeyi bilsin”, - Yunis Səfərov
deyib.
Daha sonra təqsirləndirilənlər
məhkəmənin tərkibinə etiraz
ediblər.
Növbəti iclas fevralın 17-də
keçiriləcək.

ggyy
Dilqəm Əsgərovun silahı
oğlundan alınıb - DİN-dən
açıqlama
Daxili İşlər Nazirliyi hazırda
erməni əsirliyində olan
Dilqəm Əsgərovun silahının
müsadirə olunması ilə bağlı
açıqlama verib.
BiG.AZ xəbər verir ki,
Nazirliyin Mətbuat Xidmətinin
Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru,
polis baş leytenantı Eşqin
Qasımov qafqazinfo-ya
açıqlamasında bildirib ki,
Şəmkir rayon Çinarlı qəsəbə
sakini, Kürdoğlu Əsgərov
sosial şəbəkələrdə və xəbər
saytlarında atası Dilqəm
Əsgərova məxsus silahın
Şəmkir rayon Polis Şöbəsinin
əməkdaşları tərəfindən
müsadirə olunduğunu
bildirib:
"12 dekabr 2018-ci ildə
Kürdoğlu Əsgərov Şəmkir RPŞ-
yə ərizə ilə müraciət edərək
atasına məxsus "Churchil"
markalı ov silahının öz adına
keçirilməsini xahiş edib.
Müraciətlə bağlı vətəndaşa
müvafiq etibarnamə olmadığı
üçün silahın onun adına
keçirilə bilməyəcəyi izah
olunduqdan sonra silah
müvafiq qanunun tələblərinə
uyğun olaraq K. Əsgərovdan
alınaraq Şəmkir rayon Polis
Şöbəsinin saxlanc yerində
saxlanılır . Silah yalnız sahibi
Dilqəm Əsəgərov əsirlikdən
azad olunduqdan sonra
özünə qaytarıla bilər. Bundan
başqa müəllifin həmin silahla
bağlı atasının anasına
etibarnamə verməsi iddiasına
gəldikdə isə qeyd etmək
lazımdır ki, nə müraciət
zamanı Kürdoğlu Əsgərov, nə
də anası Şəmkir rayon Polis
Şöbəsinin rəhbərliyi
tərəfindən qəbul edilən
zaman hər hansı bir
etibarnamə təqdim
etməyiblər".

fkkx
Bakı metrosunu tüstü bürüdü
- HƏYƏCANLI ANLAR
Bu dəqiqələrdə metronun
“Elmlər Akademiyası”
stansiyasında qatı tüstü
müşahidə edilib.
Modern.az-ın məlumatına
görə, tüstü o qədər çox olub
ki, görməni məhdudlaşdırıb,
hətta SOS da işə salınıb.
Məsələ bağlı “Bakı
Metropoliteni” QSC-nin
mətbuat katibi Bəxtiyar
Məmmədov bildirib ki, tüstüyə
səbəb hansısa yanğın
hadisəsi deyil:
“Stansiyalardakı ventilyatorlar
iki rejimdə çalışır: biri havanı
içəri sovurur, digəri içəridəki
havanı çölə vurur.
Ventilyatorlarda yaranan qısa
nasazlıq səbəbindən bu tüstü
müşahidə edilib.
Ventilyatorların avtomtik
rejimində dəyişiklik edilib və
problem aradan qalxıb”.
B.Məmmədov bildirib ki,
narahatlıq üçün əsas yoxdur:
“Bəzən stansiyalarda “kabab
iyi gəlir” deyənlər olur. Bu da
ventilyatorın çöldən
sovurduğu hava ilə
əlaqədardır”.

hhh
"Biz cəmiyyət olaraq
xəstəyik"- tanınmış aparıcı
qətlə yetirilən Nərmindən
danışdı - VİDEO
Tanınmış aparıcı Turan
Ibrahimov da Tovuz
rayonunun Dondar Quşçu
kənd sakini 10 yaşlı Nərmin
Quliyevanın meyitinin
yandırılması məsələsinə
biganə qalmayıb.
BiG.AZ xəbər verir ki, aparıcı
həftələrdir müzakirə olunan
balaca qızın qətli haqqında
sosial media hesabında video
paylaşaraq fikir bildirib.
Həmin postda deyilir:
"Düz 40-45 gündür ki,
televiziya və bütün sosial
şəbəkələrdə, özünü reklam
etmək istəyən, gündəmdə
olmağa can atanlar, başı
çıxdı, çıxmadı Nərminin
facisəsindən şou düzəldib
paylaşdı. Hətta mənə də
sosial medialardan mesaj
olaraq ya da paylaşdığım
postların altına şərh olaraq
yazırdılar ki, bəs siz niyə bu
barədə heç nə paylaşmırsınız.
Əvvəlcə onu deyim ki, qəribə,
psixoloji bir vəziyyət
yaranmışdı. Gördüyüm və
çıxardığım nəticə bu oldu ki,
biz hələ cəmiyyət olaraq
formalaşmamışıq. Müəyyən
sloqanlar var ki, onları belə
başqalarından kopyalayıb
götürən insanlarıq. Bu
cəmiyyətin düzəlməsi üçün
xeyli vaxt lazımdır. Xəstəyik.
Xəstəliyimizin daha bir
sübutu: uşaq ölüb, bütün ölkə
bundan danışır, qatil tapılıb,
amma onu da qeyd edim ki,
tapılan o şəxsin həqiqətən
qatil olduğuna inanmıram və
bütün bunlar baş verərkən,
qətlə yetrilən uşağın anası
çıxıb Bakıda yaşamaq üçün ev
istəyir. Bax, buna nə ad
qoyasan?! Bu bizim
cəmiyyətimizin yerin dibində
yox haa..ən, ən, ən dibində
olduğunun göstəricisidir.
Allah bizə kömək olsun. Allah
bizə şəfa versin".

fdd
fffff
Məşhur müğənni oğluna
elçilik etdi- FOTO
Tanınmış müğənni Kərim
Abbasov elçilik edib.
Big .az xəbər verir ki, müğənni
oğluna elçilik edib. O, bu
barədə öz sosial media
hesabında paylaşım edib.
Belə ki, Kərim öz oğlunun və
dostunun qızının fotosunu
paylaşaraq, əyləncəli bir şərh
yazıb.
Həmin şərhi təqdim edirik:
"Allahın əmri ilə,
Peyğəmbərimizin izni ilə ,
qızın Banunu, oğlum Yusifə
istəyirəm....Hə desən
dünyanin ən xoşbəxt gənc
qaynatası olaram".

gggggg
Tünzaləylə Sevdanın seçimi
eynidir - Fotolar
Xalq artisti Tünzalə Ağayeva
ilə müğənni Sevda
Yahyayevanın eyni ayaqqabı
geyinməsi diqqətdən
yayınmayıb.
Axşam.az xəbər verir ki,
T.Ağayeva dünyaca məşhur
“Jimmy Choo” brendində
məxsus güpürlü ayaqqabını
ötən ay məclislərin birinə
geyinib. S.Yahyayeva isə ötən
gün “Xəzər” TV-də
yayımlanan “5/5” proqramına
eyni dikdabanla qatılıb. Hər
iki sənətçi qara ayaqqabısını
eynirəngli libasla tamamlayıb.
Qeyd edək ki, ayaqqabının
qiyməti təxminən 1600-1700
manatdır.

fggfw
Moskvada azərbaycanlı faciəli
şəkildə öldü
Moskvanın qərbində
azərbaycanlı pəncərədən
yıxılaraq ölüb.
Ren.TV xəbər verir ki, onun
meyiti dünən axşam
saatlarında binanın
qarşısında aşkarlanıb.
Məlumatlara görə, o, 11-ci
mərtəbədən yıxılıb.
Hadisənin səbəbləri məlum
deyil. Araşdırma aparılır.

gvbbb
Yağış, qar yağacaq, 8 dərəcə
şaxta olacaq - XƏBƏRDARLIQ
Yanvarın 17-ə gözlənilən hava
şə¨br / qətlə yetirilən Nərmindənraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Milli
Hidrometeorologiya
Departamentindən BiG.AZ-a
verilən məlumatına görə,
sabah Bakıda və Abşeron
yarımadasında havanın
dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən
yağmursuz keçəcəyi
gözlənilir. Lakin axşama
doğru bəzi yerlərdə yağış
yağacağı ehtimalı var. Cənub
küləyi əsəcək.
Havanın temperaturu
Abşeron yarımadasında gecə
1-4, gündüz 8-11, Bakıda
gecə 2-4, gündüz 8-10 dərəcə
isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan
yüksək 776 mm civə
sütunundan 767 mm civə
sütununa enəcək, nisbi
rütubət 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında
sabah arabir yağış, dağlıq və
dağətəyi rayonlarda qar
yağacağı gözlənilir. Bəzi
yerlərdə intensiv olacağı
ehtimalı var. Gündüz əksər
rayonlarda hava əsasən
yağmursuz keçəcək. Arabir
duman olacaq. Qərb küləyi
əsəcək, ayrı-ayrı yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 2
dərəcə şaxtadan 3
dərəcəyədək isti, gündüz 5-9
dərəcə isti, dağlarda gecə 3-8
dərəcə şaxta, gündüz 3
dərəcə şaxtadan 2
dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 17-də Abşeron
yarımadasında meteoroloji
amillərin mülayim tərəddüdü,
iqlim normasına yaxın
temperatur rejimi gözlənilir
ki, bu da meteohəssas
insanlar üçün nisbətən
əlverişlidir.

hhh
Nazir saxta diplomlu
direktoru işdən çıxardı
Sosial şəbəkələrdə Yevlax
şəhəri 1 nömrəli tam orta
məktəbin direktoru Xalidə
Əzizovanın diplomunun saxta
olması ilə bağlı məlumat
yayılıb.
Bildirilir ki, Xalidə Əzizovanın
Kirovabad Pedoqoji İnstitutu
tərəfindən verilən diplomu
saxta çıxıb.
Məsələ barədə Təhsil
Nazirliyindən Oxu.Az-ın
sorğusuna cavab olaraq qeyd
edilib ki, Təhsil naziri Ceyhun
Bayramovun müvafiq əmri ilə
Yevlax şəhəri 1 nömrəli tam
orta məktəbin direktoru
Xalidə Əzizova ilə əmək
müqaviləsinə 15 yanvar 2020-
ci il tarixdə xitam verilib.

hhhh
Bakıda saxta içki hazırlayan
cinayətkar dəstə həbs edildi -
FOTO
Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin
əməkdaşları saxta spirtli
içkilər hazırlayaraq şərab
evlərində satan mütəşəkkil
cinayətkar dəstəyə qarşı
əməliyyat keçirib.
Bununla bağlı Daxili işlər
Nazirliyi məlumat yayıb.
Dəstə üzvləri barəsində həbs-
qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyi Baş
Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən Qida
Təhlükəsizliyi Agentliyinin
mütəxəssisləri ilə birgə gizli
sexlərdə saxta spirtli içkilər
hazırlayaraq satış şəbəkəsi
quran daha bir mütəşəkkil
cinayətkar dəstəyə qarşı
xüsusi kompleks əməliyyat
tədbiri həyata keçirilib.
Tədbir nəticəsində müəyyən
olunub ki, Bakı şəhər sakini
Duşdurov Nazim Elbrus
oğlunun başçılıq etdiyi
mütəşəkkil cinayətkar dəstə
bir müddətdir ki, Bakı
şəhərində müxtəlif
ünvanlarda yerləşən gizli
sexlərdə şadlıq saraylarında
və restoranlarda istifadə
edilən xarici ölkələrdə istehsal
olunmuş spirtli içkilərin boş
butulkalarını yenidən
qablaşdıraraq müxtəlif iaşə
obyektlərində və şərab
evlərində satışını təşkil edir.
İstifadə olunmuş xarici
ölkələrdə istehsal olunmuş
spirtli içkilərin boş butulkaları
“şüşə sexləri” adı altında
pərdələnərək fəaliyyət
göstərən qəbul
məntəqələrində toplanaraq
təkrar qablaşdırılmaqla
yenidən satışa çıxarılır.
Nazim Duşdurova məxsus Bakı
şəhəri Nəsimi rayonunda
yerləşən şərab evləri və
anbarlarda, Xətai, Suraxanı və
Binəqədi rayonlarında
yerləşən sexlərdə müxtəlif
xarici əmtəə nişanlarından
istifadə edilməklə satış üçün
hazırlanmış xeyli sayda saxta
araq, brend viski adları olan
“Jack Daniels”, “Chivas”
butulkalarında qablaşdırılan
saxta içkilər, tekila, saxta aksiz
markalar, qablaşdırma üçün
nəzərdə tutulmuş 60.000
ədəd müxtəlif əmtəə nişanlı
butulkalar və sair köməkçi
vəsaitlər aşkar olunaraq
maddi sübut kimi götürülüb.
Spirtli içkilərdən götürülmüş
nümunələrin ekspertizası
zamanı müəyyən edilmişdir
ki, onlar istifadəyə tam
yararsızdır. Həmin içkilərin
tərkibində yüksək toksiki
təsirə malik metil spirtinin
miqdarı normadan dəfələrlə
yuxarı olduğundan insan
həyatı üçün təhlükəlidir.
Aşkar olunan faktla bağlı Baş
İdardə mütəşəkkil dəstənin
başçısı Nazim Duşdurov, eləcə
də dəstənin digər üzvləri
Gürcüstan Respublikasının
vətəndaşı Ayaz Şərifov,
Ağdam rayon sakini Elçin
Mirzəyev, Salyan rayon sakini
Mirsüleyman Ağayev, paytaxt
sakinləri İsmayıl Talıblı və
Aydın Azayev barəsində
cinayət işi başlanılıb. Dəstə
üzvünün hər biri barəsində
məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd
olunan qanunazidd halların
tam və hərtərəfli
araşdırılmaqla təqsirli
şəxslərin dairəsinin tam
müəyyənləşdirilərək
məsuliyyətə cəlb olunmaları
istiqamətində zəruri istintaq-
əməliyyat tədbirləri davam
etdirilir.

Esas Sehife